“Əlavə gəlir mənbələrini müəyyən etmədən dövlət büdcəsinin xərclərinin artırılması müəyyən təhdidlər yarada bilər”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, millət vəkillərinin səsləndirdiyi fikirlər hökumət üzvləri tərəfindən nəzərdən keçirilir: “Bu təkliflərlə bağlı aidiyyəti dövlət qurumlarına müəyyən tapşırıqlar verilir. Qaldırılan məsələlərin real maliyyə tutumu öyrənildikdən sonra bəzilərinin həlli cari ilin dövlət büdcəsinin hesabına edilir, bəziləri isə növbəti ilin dövlət büdcəsində və icmal büdcədə nəzərə alınır”.