Hindistanda koronavirusun yeni ştammına yoluxma qeydə alınıb.
Unikal.org-un məlumatına görə, azı 6 nəfərdə yeni mutasiya aşkar edilib. Qeyd olunur ki, həmin şəxslər bu yaxınlarda Böyük Britaniyadan gəliblər.
Hindistan dekabrın 23-dən etibarən Böyük Britaniyadan uçuşları dayandırıb. Ümumilikdə noyabrın 25-dən dekabrın 23-dək Böyük Britaniyadan Hindistana 33 min nəfər səhayət edib. Onlardan 114 nəfərin testi müsbət nəticə verib.