İrlandiyalı əsgərin 200 il əvvəl yazdığı gündəliyində 1820-ci illərdə Avstraliyanın Tasmaniya əyalətində 6 Aborjinin öldürüldüyü iddia edilib.
Unikal.org xəbər verir ki, "ABC News" a görə, Tasmaniya Universiteti Tarix professoru Pam Şarpe, İrlandiya Milli Kitabxanasında "Van Diemen's Land" adlı irlandiyalı əsgərin gündəliyinə rast gəlib.
Əsgər gündəlikdə 1815-1836-cı illərdə baş verən məlumatları qeyd edib. Belə ki, professor axtarışı nəticəsində gündəlikdə əsgərin Tasmaniyada vəzifə yerinə yetirərkən Aborjinlərin öldürüldüyü barəsində qeydlər aşkar edib.
Şarpe, əsgərin gündəliyində faktlarla tanış olarkən onları "dəhşətli" adlandırıb.
Qeyd edək ki, 2017-ci ildə arxeoloqlar Aborjinlərin Avstraliyaya 65 min il əvvəl ilk dəfə səyahət etdikləri arxeoloji məlumatları tapıblar. Avstraliyanın şimalındakı Madhjedbebe qayalı bölgəsindəki qazıntılar zamanı tapdıqları əl işi əşyalar üzərində işləyən tədqiqatçılar bunların ən az 65 min yaşında olduqlarını, bu səbəbdən Aborjinlərin qitəyə nəzərdə tutulduğundan 18 min il əvvəl getmiş ola bildiklərini aşkar ediblər.