Xorvatiyada baş verən zəlzələ nəticəsində 7 nəfər həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, daha 20 nəfər tibbi yardıma müraciət edib. Onlardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu gün Xorvatiyada 6,4 bal gücündə zəlzələ olub.
Yeraltı təkanların mərkəzi əhalisi 800 min nəfərdən çox olan Zaqreb şəhərindən 51 km cənub-şərqdə, əhalisinin sayı 50 min nəfərə yaxın olan Sisak şəhərindən 9 km cənub-qərbdə yerləşib.
Zəlzələ 10 km dərinlikdə baş verib.
Xatırladaq ki, dünən də Xorvatiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.