Yaponiyada zəlzələ hadisəsi olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi Rixter şkalası ilə 5.1 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 60 kilometr dərinliyində yerləşib. İbaraki, Çiba, Toçiqi, Qunma və Saitama əyalətlərində zəlzələ hiss olunub.
Sunami təhlükəsinin olmadığı bildirilib. Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.