ABŞ-ın Kolorado ştatında ilk dəfə olaraq koronavirusun "Britaniya ştammı" aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis “Twitter”də yazıb. Qubernatorun sözlərinə görə, yoluxan şəxs təxminən 20-29 yaşlı kişidir, o, hazırda təcrid olunub və son vaxtlar səfərdə olmayıb.
Qeyd edək ki, 14 dekabrda Britanyanın Səhiyyə naziri Mett Hancock elm adamlarının koronavirusun daha sürətli yayılan yeni növünü aşkar etdiklərini söyləyib. Baş nazir Boris Conson isə yeni variantın virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu deyib.