Xəbər verdiyimiz kimi, 6 ildən sonra Ermənistandakı girovluqdan azad edilən Şahbaz Quliyev evinə qayıdıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə Şahbaz Quliyevin evində anası və digər ailə üzvləri ilə görüşünü əks etdirən görüntülər yayılıb. İllərlə oğlunu görə bilməyən ana sevinc göz yaşları içində oğluna sarılıb.

***14:18

Erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin müalicə müddəti başa çatıb.

Unikal.org xəbər verir ki, o, artıq ailəsinə təhvil verilib. Onun səhhəti hazırda normaldır.

Qeyd edək ki, Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 14-ü vətənə gətiriliblər.