Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Məmmədov Sahib Yaşar oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, S.Məmmədov 1989-cu ildə Naxçıvan MR-nın Culfa rayonunun Yaycı kəndində doğulub.

O, oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.