ABŞ-da 93 qadının həyatına son qoyan cinayətkar ölüb.
Unikal.org xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, Federal İstintaq Bürosu (FTB) tərəfindən "ABŞ tarixində ən çox öldürən qatil" olaraq xarakterizə edilən 80 yaşlı Samuel Little Kaliforniyadakı həbsxənaların birində vəfat edib.
Üç qadının qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Little, həbsxanada olarkən 1970-2005-ci illərdə 93 qadını öldürdüyünü etiraf edib.
Səlahiyyətlilər, cinayətləri qəza kimi göstərdiyini və bəzi cəsədlərin hələ də tapılmadığını açıqlayıb.
Little, 2012-ci ildə ABŞ-ın Kentukki ştatında narkotik maddəsi ilə tutulub, sonra Kaliforniyaya göndərilib.