Türkiyədə son sutka ərzində daha 239 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 14 380 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 881, virusa yoluxanlar isə 2 208 652 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 100 650 pasiyent (son sutkada 22 021 nəfər) sağalaraq evə buraxılıb.