Apple Çindəki AppStore-dan 39 mindən çox oyunu çıxarıb. Silinmiş oyunlar arasında Assassins Creed Identity və NBA 2K20 kimi məşhurları var.

Unikal.org  xəbər verir ki, çinli səlahiyyətlilərin lisenziyasız oyunlar üçün belə bir tələbi olduğunu izah edən araşdırma şirkəti Qimai 46 mindən çox tətbiqin də mağazadan silindiyini söyləyib.

Apple-ın mağazasında ən populyar 1500 ödənişli oyunundan yalnız 74-ü qalıb.