Banqladeş Myanmadan qovulan Rohinca müsəlmanlarını qəbul edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2 000 qaçqın Benqal körfəzindəki uzaq Başançar adasına köçürülüb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, ada daşqınlara meyllidir və su yolu ilə oraya çatmaq üç saat çəkir. Banqladeşin xarici işlər naziri isə iddiaları təkzib edərək buranı gözəl bir kurort adlandırıb.
"Euronews"un məlumatına görə, gələcəkdə səlahiyyətlilər qaçqın düşərgələrindəki 1 milyon sakindən daha 100 min qaçqını da oraya köçürmək istəyirlər.