Britaniya Birləşmiş Krallığı vahid bazardan və Avropa Birliyinin Gömrük Şurasından çıxışını yekunlaşdıraraq, Avropa İttifaqını tərk edib.

Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 3:00-da London və Brüssel arasında 11 aylıq keçid dövrünün qüvvədə olması dayanıb.

Beləliklə, dörd il yarım bundan əvvəl (23 iyul 2016-cı il) keçirilmiş, britaniyalıların iradəsinin ifadə edildiyi referendumdan sonra krallıq vahid bazara və Avropa Birliyinin gömrük şurasına üzvlüyünü dayandırıb, Avropa Birliyi ilə qarşılıqlı əlaqə isə yeni səviyyəyə keçib. Qarşılıqlı əlaqə Birləşmiş Krallığın icmadan çıxması ("Brexit") prosesi başa çatmasından sonra ikitərəfli münasibətlərə dair razılaşma ilə tənzimlənəcək.

Son anda əldə edilən razılaşma çətin bir ssenaridən qaçmağa imkan verdi. Lakin 1 yanvardan etibarən qüvvəyə minən qaydalar, La-Manş Kanalının hər iki tərəfindəki qaydaları əhəmiyyətli dərəcədə dəyişdirəcək. "Brexit" prosesi başa çatıb, lakin yeni mühitdə İngiltərə və AB-nin bir-birinə uyğunlaşdırılması prosesi yenicə başlayır.