Türkiyədə elm adamları koronavirusu tez bir zamanda müəyyən edən test dəsti hazırlayıblar. 

Unikal.org xəbər verir ki, yeni test sidikdən götürülən nümunə ilə COVID-19-u 15 saniyəyə müəyyən edə bilir. 

Həm sağlam insanlar, həm də koronavirusa yoluxmuş xəstələr üzərində sınaqdan keçirilən test dəsti 96 faiz effektiv olub. Artıq yeni test dəstindən istifadə üçün Türkiyə Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilib.