Əfqanıstanın şərqində Kapisa vilayətində bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə Tolo News telekanalı Kapisa əyalətinin başçısı Məhəmməd Hüseyn Sancaniyə istinadən məlumat yayıb. Məlumata görə, hadisə bazar günü Sayyad bazarında baş verib. Qurbanların arasında Əfqanıstanın paytaxtı Kabildən Kapisaya gedən əyalət üləması (ilahiyyatçılar) məclisinin rəhbərinin olduğu da bildirilib.