Fransa paytaxtı Paris şəhərində naməlum şəxslər polislərə hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə iki polis əməkdaşı vəhşicəsinə döyülüb.

Belə ki, polislər sənədlərini yoxlamaq üçün iki motosikli saxlayıb. Sürücünün nə lisenziyası, nə də nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi olmayıb. Motosikl sürücülərindən biri sənədləri gətirmək üçün yaxınlıqdakı evinə gedib. Lakin bir müddət sonra sənədlərlə deyil, polisə hücum edən təxminən 15 kişi ilə qayıdıb. Polislər ağır vəziyyətdə döyülüb.

Araşdırma aparılır.