Belarus prezidenti Aleksandr Lukaşenko 2021-ci ili "Belarus xalqının milli birlik ili" elan edib.

Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, Lukaşenko bu barədə fərman da imzalayıb. Belarus prezidentinin mətbuat xidməti bu barədə məlumat verib.

Bildirilir ki, 2021-ci il Belarus cəmiyyətinin konsolidasiyası, Belarus Respublikasının suverenliyi və müstəqilliyinin gücləndirilməsi və möhkəmləndirilməsi işləri əsas prioritetlər kimi müəyyən edilib. Prezident müvafiq strukturlara və dövlət qurumlarına lazımi tapşırıqlar verib.