"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində nasazlıqlarla üzləşiblər.
Unikal.org xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Telegram"ın işində texniki nasazlıqlar əsasən Rusiya, Ukrayna, Belarus, Bolqarıstan və ABŞ-da müşahidə edilib.
İstifadəçilərin təxminən 83 faizi serverə qoşulmaqda, 16 faizi isə ismarıcların göndərilməsində çətinliklə üzləşib.