Nigeriyada  terrorçular tərəfindən öldürülən 100 nəfərin xatirəsini yad etmək üçün üç günlük matəm elan olunub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Alkaş Alhad məlumat yayıb.

“Biz bütün ölkə ərazisində 3 günlük matəm elan etdik”, - nazir bildirib. Onun sözlərinə görə, qərar Nigerin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yanvarın 2-də terrorçular ölkənin Tillaberi rayonundakı iki qəsəbəyə hücum etmişdilər. Çoma-Banqu qəsəbəsində 70, Zarumadareye qəsəbəsində isə 30 nəfər qətlə yetirilmişdi.