ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampın öz işini görmədiyini hesab edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bayden Corciyada tərəfdarları qarşısında çıxış edərkən deyib.
"Onun bu iş nəyinə lazımdır bilmirəm, işləmək istəmir", - deyə Bayden bildirib.
Bayden, həmçinin Trampın koronavirusla mübarizə aparmaq əvəzinə seçki nəticələrindən şikayət etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən ilin noyabrın 3-də keçirilib. Bayden 306, Tramp 232 səs alıb. 6 yanvarda nəticələr Konqres tərəfindən təsdiqlənməlidir. Amerika liderinin andiçmə mərasimi 20 yanvar tarixinə planlaşdırılıb. Pandemiya səbəbi ilə mərasimdə dəyişikliklər edilib, parad onlayn keçiriləcək.