Elazığ və Malatya bağlantısında 16 keçid təmin edən və dünyada 4-cü yerdə olan Kömürhan Körpüsünün 2 400 metrlik iki tunelinin açılış mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Adil Karaismailoğlu iştirak edib.
Açılış bitdikdən sonra komandalar platforma və bayraqları toplamağa başlayıblar. Belə ki, Türk bayrağı qatlanarkən yerə toxunub. Bu zaman ətrafda olan jandarma qrupu köməyə gələrək, bayrağı yerə toxundurmadan qatlayıblar.
Sosial mediada izləmə rekordu qıran Mehmetciklərin bu davranışı yüksək qiymətləndirilib.