Suriyanın Əl-Bab şəhərində baş verən partlayışla əlaqədar olaraq 11 PKK üzvü həbs edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 19 nəfərin yaralandığı, 6 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı araşdırmalar nəticə verib.
PKK terror təşkilatının Suriya qolu olan YPG-yə mənsub olan 11 terrorçu saxlanılıb. Daha 9 terrorçunun həbsi ilə bağlı əməliyyatlar davam etdirilir. Axtarış tədbirləri ilə yanaşı, araşdırmalar da davam edir.