Qarabağdakı son döyüş əməliyyatları zonasında aparılan axtarışlar zamanı daha doqquz erməni cəsədi tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, 4 yanvar tarixində Cəbrayıl - Hadrut istiqamətində doqquz cəsəd tapılıb. Axtarış işləri Talış-Suqovuşan, Hadrut bölgəsi və Füzuli istiqamətində davam edir.

Ümumilikdə isə bu günədək Qarabağda 1184 erməni hərbçinin cəsədi tapılıb.