Yunanıstan İsraillə imzalayacağı hərbi anlaşmanı təsdiqləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 1.68 milyard dollarlıq və 20 illik periodu əhatə edən hərbi anlaşma Yunanıstan tərəfindən təsdiqlənib. Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat verib.

Sözügedən anlaşma İsrailin Yunanıstanda hava qüvvələri üçün hərbi məktəb qurmasını və idarə etməsini nəzərdə tutur. Həmçinin Yunanıstana təyyarə satışı, bu hərbi təyyarələrin texniki baxışı və təmiri, heyət üçün təlimlər və logistika dəstəyi də planlaşdırılır.