4 il əvvəl Ukraynada öldürülən məşhur jurnalist Pavel Şeremetin öldürülməsinin yeni səs yazısı yayımlanıb.
Unikal.org xəbər verir ki, yayımlanan səs yazısında jurnalistin qətlində Belarus kəşfiyyatının izlərinin tapıldığı iddia edilib.
Belarusiya Daxili İşlər Nazirliyinin keçmiş zabiti "Almaz"ın Avropa Birliyi (AB) rəhbərliyinə İqor Makor tərəfindən təqdim olunduğu bildirilib. Onun qətl məsələsini müzakirə etdikləri iddia edilir.
Səs yazılarında, Belarus KQB prezidenti Yuriy Zaytsev və 2 kəşfiyyat personalı Şeremetə sui-qəsd fikirlərini müzakirə etdikləri iddia olunub. Zaytsev ilə naməlum şəxslər arasındakı söhbətdə Şeremetin bomba hücumu və ya zəhərlənmə ilə öldürülməsi variantlarının qiymətləndirildiyi bildirilir. Həmçinin də Belarus lideri Lukaşenkonun siyasi qətllər üçün DTK-ya 1,5 milyon dollar ayırdığı iddiası da yer alıb.
Qeyd edək ki, Ukrayna polisinin verdiyi açıqlamada mövzu ilə bağlı iddiaları ehtiva edən sənədlərin və səs yazılarının araşdırıldığı bildirilib.
"Ukrainskaya Pravda" internet qəzeti və "Radio Vesti" üçün bir proqram hazırlayan jurnalist Pavel Şeremet, 20 iyun 2016-cı il tarixində Ukraynanın paytaxtı Kiyevdə şəxsi avtomobilində olarkən bomba ilə partladılıb. Şeremet Belarusiya və Rusiya hökumətlərinə qarşı çıxması ilə tanınırdı.