Hər yeni ildə Yaponiyada keçirilən ənənəvi balıq hərracı bu il Tokionun Toyosu Balıq bazarında keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00 radələrində başlayan hərracda onlarla ton balığı satışa təqdim edilib.
Aomori əyalətində fəaliyyət göstərən balıqçılar tərəfindən tutulan 208 kiloqramlıq mavi rəngli ton balığı 20,84 milyon yen (1,5 milyon) alıcı tapıb. Balığın sahibi Yukitaka Yamaguchi, qiyməti "münasib" olaraq xarakterizə edib.