Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Moldovadakı sülhməramlı kontingenti barədə açıqlama verib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov Moldova prezidenti Maya Sandunun Rusiya sülhməramlılarının ölkədən çıxarılması ilə bağlı bəyanatına münasibət bildirib.
Kreml sözçüsü qeyd edib ki, bölgədə potensial təhlükə qalmaqdadır. Rusiya sülhməramlılarının Dnestryanı ərazilərdə təhlükəsizliyin qarantı və zəmanəti kimi çıxış etdiyi bildirilib.