8-10 yanvar tarixlərində keçiriləcək Sarıqamış Əməliyyatının 106-cı ildönümü anım mərasimləri çərçivəsində Qarsın Sarıqamış mahalında sərgilənəcək qar heykəllərinin inşaatı bitmək üzrədir.
Unikal.org xəbər erir ki, Ərzurum Atatürk Universiteti, Bayburt, Muş və Ağrıdakı universitetlərin heykəltəraşları və müəllimlərdən ibarət 10 nəfərlik heyət soyuq havalara baxmayaraq fasiləsiz olaraq çalışır. Belə ki, heyət heykəlləri açılış gününə kimi təhvil verməyi düşünürlər.
Komanda koordinatoru Mühammet Hanifi Zengin Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada, qardan şəhid heykəlləri üçün sıx çalışdıqlarını söyləyib. O, fiqurların qar kütlələri sıxıldıqdan və buz halına çevrildikdən sonra mişar, bıçaq və kürək kimi alətlərlə hazırlandığını bildirib.
"Burada hazırladığımız kompozisiya, Allahuekber dağlarındakı əsgərlərin yürüşünü xatırladan qarda bir səhnə hazırlayırıq. İşimizi mənfi 20-25 dərəcə olan qar adamı heykəlləri ilə edirik. Proqramı fədakarlıqla davam etdiririk", -deyə Hanifi Zengin qeyd edib.