Malinin Mopti bölgəsində baş verən terror aktı nəticəsində azı 100 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terror hava hücumu ilə gerçəkləşdirilib. Hadisə zamanı toy şənliyi təşkil olunduğu üçün itkilərin miqyası böyük olub.

Azı 150 nəfərin də yaralandığı bildirilir. Araşdırmalar davam etdirilir.