İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID 19) ölüb.
Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 748 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 113 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 255 620 nəfərə çatıb. Virus daşıyıcılarından 4 829 nəfərin vəziyyəti ağırdır.
Ölkədə indiyədək 1 029 028 nəfər koronavirusdan sağalıb, 7,88 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.