Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusu "Allahın bəlası" adlandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko insanların təbiətə münasibətinə görə Tanrı tərəfindən belə virusla cəzalandırıldığını bildirib.
"Koronavirus Allahın bəlasıdır. İnsanlar özlərini dəyişməlidir. Təbiətə münasibətlərini də dəyişməlidirlər", - deyə Belarus prezidenti əlavə edib.