Filippində sel 5 nəfərin həyatını itirməsinə səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli leysan yağışları nəticəsində Luzon adasında sel hadisəsi meydana gəlib.
Nəticədə 5 nəfər həyatını itirib. Onlarla itkin düşən şəxsin olduğu bildirilir. Böyük dağıntı və zərər də ortaya çıxıb. Hazırda axtarışlar davam edir. Sel təhlükəsi olan qonşu adalarda əhalinin evakuasiyası prosesinə başlanılıb.