Ukraynada əhali arasında ölkə prezidenti Vladimir Zelenskinin reytinqi ilə bağlı sorğu keçirilib.
Unikal.org "Sputnik Ukrayna"ya istinadən xəbər verir ki, respondentlərin 54 faizi Zelenskiyə güvənmədiyini açıqlayıb.
Həmçinin bu gün seçki keçirilərsə, Zelenskiyə səs vermək barədə suala sorğu iştirakçılarının yalnız 26.6 faizi müsbət cavab verib. Halbuki Vladimir Zelenski ölkə prezidenti seçilərkən seçicilərin 70 faizindən çoxu ona səs vermişdi.