Dünyanı təsir edən koronavirus (Covid-19) iqtisadiyyat sektorunda yeni dəyişikliklərə səbəb olub.
Unikal.org xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro, ölkə iqtisadiyyatını tam rəqəmsallaşdırmağı planlaşdırdıqlarını açıqlayıb. Maduro, iqtisadiyyatda dollarlaşmaya son vermək üçün virtual pul "Petro" və virtual iqtisadiyyatla davam edəcəyini bildirib.
Qeyd edək ki, Venesuela iqtisadiyyatın rəqəmsallaşmasına ilk addım atan ölkə olaraq tarixə düşüb.