İran yerli istehsalı olan PUA-ların yer aldığı hərbi təlimlərə başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. Qeyd edilib ki, təlimlər Qasım Süleymaninin İraqda öldürülməsinin ildönümü ərəfəsinə təsadüf edib.

İranın və dəstəklədiyi regional silahlı birləşmələrin Yəmən, Suriya, İraq və körfəzin sonundakı Hörmüz boğazında bu dronlardan istifadəsi nəzərdə tutulur. İran silahlı qüvvələrinin Semnan ostanının mərkəzindəki iki günlük hərbi təlimlərdə bombardmançı və kəşfiyyat missiyaları üzrə istifadə edilən zərbə PUA-larını sınaqdan keçirəcəyi bildirilib..