Barselona Şəhər Şurası, "Resonance Consultancy” şirkəti tərəfindən hazırlanan "2021-ci ildə dünyanın ən yaxşı şəhərləri” hesabatını dərc edib.

Unikal.org xəbər verir ki, hesabata əsasən, Barselona səkkizinci, Madrid isə onuncu sırada qərarlaşıb.

"Resonance Consultancy” qlobal etalon göstəricilərdən biri hesab olunur, əsas statistik məlumatları və istifadəçilər tərəfindən hazırlanan icmalları, həmçinin "Google”, "Facebook” və "Instagram” kimi sosial şəbəkələrdəki onlayn fəallığı təhlil edir.

"Eu-Starts-Up 2020”nin apardığı araşdırmaya görə, Kataloniyanın paytaxtı dünyada yaşanan böhrana baxmayaraq, eyni zamanda "start-up" lar üçün Avropa bazalarından biridir. "Financial Times” qrupuna daxil olan FDI "Intelligence” jurnalının illik hesabatında, Barselona inkişaf etmiş texnologiya sektoru baxımından şəhərlərin sıralamasında Londondan sonra ikinci yeri tutub.

Hazırki vəziyyətə baxmayaraq, Barcelona, bu hesabata görə, "Mobile World Congress” və "Smart City Expo” kimi əsas qlobal texnoloji tədbirlərin keçirildiyi məkana çevrildi.

Hesabata görə, İspaniyanın paytaxtı mədəni zənginliyi və muzeyləri ilə seçilir. Şəhər dünyanın "Ən yaxşı gecə həyatı” siyahısında 6-cı yeri tutaraq, gəzinti və yemək üçün möhtəşəm infrastruktura malikdir.