ABŞ hökuməti İrana qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində bir sıra İran və xarici ölkə şirkətlərini sanksiya siyahısına daxil edib.
Unikal.org xəbər verir ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın 12 polad istehsalçısı müəssisəsinə, ölkənin metal və mədən şirkətlərinin ixracat işlərində vasitəçi olan “GMI Projects Hamburg GmbH” (Almaniya), “World Mining Industry Co., Ltd” (Çin), “GMI Projects Ltd” (Böyük Britaniya) şirkətlərinə, habelə İranın polad sənayesini qrafit elektrodları ilə təchiz edən Çinin “Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd” (KFCC) şirkətinə qarşı sanksiya tətbiq edib.