İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə iki həftəlik karantin tətbiq edildiyini açıqladı.
Unikal.org xəbər verir ki, bu barədə "Times of Israel" yazır.
İsrail hökuməti bu təşəbbüsü koronavirus infeksiyasına yoluxma sayının artması fonunda təsdiqləyib.
Tədbir 7 yanvar tarixindən qüvvəyə minəcək.
Netanyahu həmçinin "Twitter"də pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın çağındayıq".