ABŞ paytaxtı Vaşinqtonda Donald Trampın tərəfdarları genişmiqyaslı etiraz aksiyası keçirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtounun mərkəzinə toplaşan etirazçılar Konqresdə Co Baydenin prezident seçilməsinin təsdiq edilməsinə etiraz ediblər. "Tramp üçün yürüş et" aksiyasında Bayden əleyhinə müxtəlif şüarlar səsləndirilib.

Donald Trampın da aksiyada iştirakı və çıxış etməsi gözlənilir. Vaşinqton polisi təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.