İndoneziya koronavirusa qarşı peyvəndləşmə proqramına 13 yanvar 2021-ci ildə başlayacaq.

Unikal.org-un məlumatına görə, gələn ilə qədər ölkədə 181,5 milyon sakin vaksinasiya edilməlidir.

Peyvəndləşmənin ilk dövründə 1.3 milyon tibb, 17.4 milyon ictimai işçi və 21.5 milyon yaşlı sakin aşılanacaq və proqram 2021-ci ilin yanvarından aprelinədək olacaqdır.

İkinci dövr 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək davam edəcək. Proqramın bu hissəsində 63.9 milyon nəfər həssas qrupa aid və 77.4 milyon digər sakinlər peyvəndlənəcək.