ABŞ-ın ən böyük onlayn satış şirkəti "Amazon"un qurucusu və sahibi Ceff Bezos  2020-ci ildə xeyriyyə təşkilatlarına etdiyi yardımla birinci olub.  

Unikal.org xəbər verir ki, "The Chronicle of Philanthropy" jurnalının "2020-ci ilin ən yüksək ianəsi" siyahısına görə, Bezosun iqlim dəyişikliyi ilə mübarizə üçün qurulan "Bezos Earth Foundation"a 10 milyard dollarlıq ianəsi, ilin ən böyük ianəsi olub.  

Bezosun ianələrindən başqa, siyahıda ilk 10-a daxil olan digər ianələrin cəmi 2.6 milyard dollara çatıb. Jurnala görə, bu, 2011-ci ildən bəri görülən ən aşağı göstəricidir.