FETÖ Bağdad üzrə lideri Salih Fidan və Ərbil lideri Səməd Gürə Ukraynadan Türkiyəyə gətirilib.
Unikal.org "Anadolu ajansı"na istinadən xəbər verir ki, həmin şəxslər Polşa-Ukrayna sərhədindən qeyri-qanuni yolla qaçarkən saxlanılıblar.
Qeyd edək ki, hər iki şəxs Ankara 1-ci Sülh Məhkəməsi tərəfindən “Silahlı terror təşkilatına (FETÖ/PDY) üzv olmaq” ittihamı ilə axtarışda olub.