Parisin 1939-cu ildə almanlar tərəfindən işğal olduqdan sonra bu şəhərdə yaşayan Madam de Florman şəhəri tərk etmək məcburiyyətində qalıb.
Unikal.org xəbər verir ki, çıxarkən evini kilitləyən qadının evinə o vaxtdan heç kim girməyib. Belə ki, qadın müharibə bitdikdən sonra da Parisə qayıtmayıb, lakin oradakı evinin bütün kommunal xərclərini ödəməyə davam edib.
Yaxınlarının qadının Fransada evi olduğu barədə xəbəri olmayıb. Onlar yalnız De Flormanın vəsiyyətini oxuduqdan sonra mənzil haqqında öyrəniblər. Qadının vəkili yaxınlarına həmin evin ünvanını deyərək açarlarını təhvil verib.
70 il sonra evə "ayaq basan" insanlar özlərini sanki keçmişə səyahət etmiş kimi hiss ediblər. Varislər burada aşkarlanan olduqca bahalı antik mebelləri, möhtəşəm rəsm əsərlərini sataraq külli miqdarda gəlir əldə ediblər.