"Anna Akopyan əri, Ermənistanın Baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli bir amildir".
Unikal.org “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan deyib.
Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs əvvəllər, komanda məntəqəsində olan həyat yoldaşını oraya generallara mənəvi dəstək göstərmək üçün ezam etdiyini bildirmişdi.
"Elə yalnız bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi", - Kazinyan vurğulayıb.
Partiya sədri hesab edir ki, Anna Akopyan mütləq dindirilməlidir:
“Çünki Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”.