İndoneziyada vulkan püskürməsi hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yoqyakarata şəhərində yerləşən Merapi vulkanı püskürüb. Püskürmə müxtəlif miqyasda partlayışlarla müşayiət olunub. Partlayış nəticəsində əmələ gələn lava və kül kütləsi, duman vulkanın ocağından 200 metr yüksəyə doğru səmanı qapadıb.

Yerli hakimiyyət orqanları təbiət hadisəsi ilə bağlı vulkanın 5 kilometr ətrafında hərəkətin məhdudlaşdırılmasına qərar verib. Yaxınlıqda yerləşən yaşayış məntəqələrindən ümumilikdə 500 nəfərdən çox sakinin evakuasiya olunduğu bildirilir. Partlayışın ekoloji problemlərə səbəb olacağı da proqnozlaşdırılır.