Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

2021-ci il yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.