Yanvarın 11-də Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak edəcəyi “World Masters” turniri start götürəcək.
Unikal.org xəbər verir ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.
Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparacaq.