Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına münasibəti kəskin şəkildə pisləşib.
Unikal.org xarici KİV-ə istinadən xəbər v erir ki, Yaponiya sakinlərinin 80 faizi "Tokio-2020"nin ləğv edilməsini və ya təxirə salınmasını istəyir. Sorğuda iştirak edənlərin 35,3 faizi olimpiadanın ləğvinin tərəfdarıdır, 44,8 faizi isə yarışın yenidən təxirə salınmasını istəyir.
Qeyd edək ki, Yaponiyanın paytaxtı Tokioda və digər şəhərlərdə yanvarın 8-dən koronavirusla əlaqədar fövqəladə vəziyət rejimi elan edilib.
Xatırladaq ki, Tokio-2020 bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Bazar ertəsi Yaponiyada 1219 nəfərdə koronavirus aşkarlanıb.