Vətən müharibəsi ilə əlaqədar hərbi əməliyyatlara cəlb olunan tələbələr hərbi xidmətdən qayıtdıqdan sonra təhsillərini davam etdirə və imtahan sessiyasında iştirak edə bilərlər.
Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gündən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.