Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.
Unikal.org xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.